Fransa 1/4 finala yüksəldi

09:00 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında Paraqvay - Fransa oyunu keçirilib.

Hafta.az xəbər verir ki, 1/8 final mərhələsinin matçı Filadelfiya stadionunda təşkil olunub.

Qarşılaşmanı özbəkistanlı FIFA referisi İlgiz Tantaşev idarə edib.

Oyunun nəticələrinə görə, Fransa komandası minimal hesabla qələbə qazanıb - 1:0.

70-ci dəqiqədə kobud oyuna görə təyin edilən penaltini Kilian Mbappe qola çevirib.

Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.